Günün kuponu – 06.08.2022
“Tottenhem” – “Sauthempton” – QOL/QOL
Premyer liqanın açılış turunda bol qol vəd edən oyunlardan biri hesab edirəm bu qarşılaşmanı. Komandaların durumundan asılı olmayaraq öz aralarındakı oyunlar adətən məhsuldar keçir. Tərəflərin son 6 duelinin hamısında qarşılıqlı qollar qeydə alınıb. Fikrimcə, bu dəfə də elə olacaq.
“Borrusiya Dortmund” – “Bayer Leverkuzen” – 2,5 ÜST
Dortmund-Leverkuzen qarşılaşmaları konkret “qol yağışı” şəraitində keçir. Tərəflərin öz aralarındakı son 9 matçın hamısı 2,5 üstlə bitib. Əksər hallarda isə qol sayı 4 və daha çox olub. Məncə, prinsipial rəqiblər yeni mövsümə də “vur-vurum”la başlayacaq.
“Fulhem” – “Liverpul” – QOL/QOL
“Fulhem” 1 illik aradan sonra yenidən premyer liqaya dönüb. Mövsümün ilk matçını “Liverpul” kimi təhlükəli rəqibə qarşı keçirsələr də, öz evində azarkeşlərini ən azı qolla sevindirməyə çalışacaqlar. “Liverpul”un da borclu qalmayacağını təxmin edirəm.