Günün kuponu – 06.07.2025

Günün kuponu – 06.07.2025

ABŞ – Meksika – cüt şans 1X

“Gold Cup-2025” tunirinin finalına gözlənildiyi kimi CONCACAF-ın ən güclü komandaları yüksəlib. ABŞ turnirin ev sahiblərindən biri olduğundan finalda nisbi üstünlüyə malikdir. Meksikalılar son 6 ildə ABŞ yığmasına yalnız 2 yoldaşlıq matçında qalib gələ bilib. Seçmə oyunlarda, qitə yarışlarında isə ABŞ 2019-cu ildən bu yana Meksikaya uduzmur. Fikrimcə, bu finalda da azı əsas vaxtda ABŞ yığması məğlub olmayacaq.

FC Riqa – Dauqavpils – 1-ci hissə – 1

Latviya liqasının lideri “Riqa” aprelin 8-dən ötən 3 ayda keçirdiyi 16 matçın hamısnı qazanıb. Fikrimcə, bu seriya davam edəcək. “Riqa”nın artıq ilk hissədə qələbənin əsasını qoyacağını düşünürəm.

JK Tallinna Kalev – JK Tammeka Tartu – 2,5 ÜST

Estoniya yüksək liqasında 18 oyundan cəmi 7 xal toplayan Tallinna Kalev sonuncu pillədən qurtulmağa çalışır. Tammeka Tartu onlardan 3 sıra yuxarıda qərarlaşsa da, Tallinna Kalevdən sonra çempionatın ən çox qol buraxan komandasıdır (10 turda 39 qol). Məncə, çempionatın 2 ən çox qol buraxan komandasının duelində 2,5 üst variantına mərc etmək olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Qalatasaray”da ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 06.07.2025