Günün kuponu – 06.06.2025

Günün kuponu – 06.06.2025

Bolqarıstan – Kipr 1, 2,5 ÜST

Yoldaşlıq oyunu olsa da, Bolqarlar üçün bu matçda qələbə çox vacibdir. Nəsil dəyişən yığmada gənclərə daha çox şans veriləcək. Avropanın zəif komandalarından sayılan Kiprlə görüşdə gənclər özlərini sübut etməyə çalışacaqlar. İnanıram ki, Bolqarıstan seçməsi rahat qələbə qazanacaq. Digər tərəfdən oyunun bol qollu keçəcəyinə əminəm. Odur ki, öz mərcinizi yaradaraq, bu iki seçimə üstünlük verə bilərsiniz.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Yamal ən yaxşı seçildi

Növbəti yazı

Sürpriz kupon – 06.06.2025