Günün kuponu – 06.04.2025
Fulhem – Liverpul 2
“Liverpul” çempionluq yolunda inamla addımlayır. Mersisaydlılar ən yaxın izləyiciləri “Arsenal”dan 12 xal irəlidədi. Qonaqlar bu qarşılaşmanın da favoritidi. Qeyri-adi nəsə baş verməsə, “Liverpul” 3 xal qazanmalıdı.
Ayaks – Breda 1
Çempionluğa yaxın olan daha bir komanda “Ayaks”dı. Amsterdamlılar xeyli zəif rəqiblə oyunda xal itirsə, əsl sürpriz olar. Meydan sahiblərinin rahat qələbə qazanacağını güman edə bilərik.
Portu – Benfika X2
Portuqaliya nəhənglərinin duelində qonaqlar daha şanslı görünür. Kerem Aktürkoğlu və Orkun Kökçünün komandası çempionluq yarışında geri qalmamaq üçün mütləq qələbə qazanmalıdı. “Benfika” bu tapşırığın öhdəsindən gələcək gücdədi. Qonaqların ən azı uduzmayacağı isə daha az risklidi.