Günün kuponu – 06.01.2026
Fənərbağça – Samsunspor ALT2.5
Türkiyə Kubokunda yarımfinal həyəcanı davam edir. Tərəflərin son 4 görüşü bərabərliklə yekunlaşıb. Kubok matçında sarı lacivərdlilərin uğursuz olacağını düşünmürəm. 2026-cı ilin ilk mübarizəsində “Fənər”in minimal hesabla “Samsunspor”u üstələyəcəyini proqnozlaşdırıram.
Piza – Komo QOL/QOL
A seriyasında mövsümün sürprizi “Komo” avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirir. Bu dəfə “Komo”nun rəqibi yarışın autsayderi “Piza” komandası olacaq. B seriyasından yüksək dəstəyə vəsiqə qazanan “Piza” güclülərlə yarışmağa ümidləri doğrultmur. Fikrimcə bu matçda qonaqları asan mübarizə gözləmir. Bu səbəbdən qol/qol seçimini daha uyğun hesab edirəm.
Leççe – Roma 2
Yeni ilin ilk matçında “Atalanta”ya uduzan “Roma” 19-cu turda məğlub olacağı təqdirdə liderlərdən uzaqlaşa bilər. Üstəlik qonaqlar rəqibə qarşı əla statistikaya malikdir. “Roma” 2012-ci ildən bu komandaya məğlub olmayıb. Paytaxt klubunun bu dəfə xal itirməyəcəyinə mərc etməkdə risk görmürəm.










