Günün kuponu – 05.11.2025
Qarabağ – Çelsi ÜST 2.5
“Çelsi”nin potensialı bütün dünyaya bəllidir. “Qarabağ”ın nəyə qadir olduğunu isə biz hamıdan yaxşı bilirik. Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 3 oyuna 6 qol vuran Qurban Qurbanovun komandası bu dəfə də meydanı qolsuz tərk etməyə bilər. Ümumən bol qollu bir matç olma ehtimalı yüksəkdir.
Brügge – Barselona 2
Bu cütlükdə də güclər nisbətini hamı bilir. “Real Madrid” məğlubiyyətindən sonra özünə gələn “Barselona” La Liqada “Elçe”ni udmaqda çətinlik çəkmədi. Belçika təmsilçisinin ən yaxşı halda rəqibə ciddi müqavimət göstərib uduzacağını proqnozlaşdırıram.
Benfika – Bayer L. QOL/QOL
“Benfika” “Qarabağ” şokundan ayılmayıb. Joze Mourinyonun yetirmələri ÇL-də ilk 3 matçda uduzub və bu matçda qalib gəlmək üçün əlindən gələni əsirgəməyəcək. “Bayer”in də durumu o qədər də ürəkaçan deyil. Amma leverkuzenlilər qol vurmaqda çətinlik yaşamırlar. Qarşılıqlı qolların olacağını düşünürəm.












