Günün kuponu – 05.11.2024
PSV – Jirona 1
Çempionlar Liqasının yeni formatında 3 oyuna 3 xal toplayan İspaniya təmsilçisində heyətlə bağlı ciddi problemlər var. Müxtəlif səbəblərdən 8 futbolçu səfər matçında “Jirona”ya kömək edə bilməyəcək. Son matçda “Ayaks”a 2-3 hesabıyla uduzan “PSV” əzmkar mübarizəylə diqqəti cəlb etdi. Niderland klubunun evdə ÇL-də ilk qələbəsini qazanacağını düşünürəm.
Slovan Bratislava – Dinamo Zaqreb 2.5 ÜST
Bütün oyunlarda uduzan Slovakiya təmsilçisi indi evdə Zaqreb “Dinamo”sunu qəbul edəcək. Meydan sahibləri evdə heç vaxt müdafiəyə qapanmır, daha çox hücumda oynamağa çalışır. Bu mənada onların qol vuracağına inam yaranır. Zaqreblilərin də səfərə qələbə üçün yollandığı məlumdur. Fikrimcə, qonaqların qələbəsi və ya 2.5 Üst seçimi reallığa daha yaxındır.
Bolonya – Monako QOL/QOL
3 oyuna 7 xal toplayan “Monako” liderlər qrupundadır. Meydan sahiblərinin aktivində cəmi bir heç-heçə var. Fransa çempionatında ardıcıl üç tur qələbəyə həsrət olan qonaqların səfərdə uğur qazanması asan olmayacaq. Ona görə də məhsuldar heç-heçə gözləntisi var. Komandaların meydanı qolsuz tərk etməyəcəyinə inanıram.