Günün kuponu – 05.10.2025
Sevilya – Barselona 2
La Liqanın lideri Çempionlar Liqasından PSJ məğlubiyyəti ilə qayıdıb. Əvəzini Sevilyadan çıxmağa çalışacaqlar. “Barsa” bu komandaya qarşı oynadığı son 7 matçın hamısında qalib gəlib. Sevilya bu mövsüm evində oynadığı 3 görüşün heç birində qələbə qazanmayıb. Bu uğursuz seriyanı Barselona kimi rəqiblə oyunda dayandıracaqlarını gözləmirəm.
Brentford – Mançester Siti QOL/QOL
Brentford bu mövsüm Premyer Liqada oynadığı 6 qarşılaşmanın hamısında qol vurub. “Siti”nin hücum xətti haqqında danışmaq isə artıqdır. Tərəflər arasında son 5 dueldən 3-də qarşılıqlı qollar qeydə alınıb. Bu səbəbdən də oyunda hər iki tərəfin fərqlənəcəyini düşünürəm.
Qroyter Fürt – Hannover 2,5 ÜST
2-ci Bundesliqada 12-ci sırada yer alan Qroyter Fürt 18 klub arasında ən çox qol buraxan (7 oyuna 16 qol), həmçinin ən məhsuldar (13 qol) 4 komandadan biridir. Hannover də 7 turda 13 dəfə fərqlənənlərdəndir. Bu komandaların öz aralarındakı son 12 görüşünün 11-də qarşılıqlı qollar vurulub. Məncə, 2,5 Üst variantı real görünür.












