Günün kuponu – 05.10.2022
“Real Madrid” – “Şaxtyor” – 1
2 il əvvəl “Şaxtyor” ÇL-də “Real”a hər iki oyunda qalib gəlmişdi. Amma o “Şaxtyor” hara, indiki hara? Üstəlik, “Real” son dövrlər qarşısıalınmaz təsir bağışlayır. Məncə, oyun 1 variantına kimsə şübhə etməz.
“Mançester Siti” – “Kopenhagen” – YOX/QOL
Xosep Qvardiolanın komandası bu oyunun aşkar favoritidir, bu məlumdur. Fikrimcə, onların möhkəm müdafiəsini yarmaq “Kopenhagen” ə nəsib olmayacaq. Mançester klubu qələbəni qol buraxmadan qazanacaq.
“Sevilya” – “Borussiya Dortmund” – 2,5 ÜST
“Sevilya”nın La Liqada işləri qaydasında getmir. Son turda da prinsipial rəqiblərindən “Atletiko”ya uduzdular. Azarkeşlər önündə bəraəti ÇL-də qazanmağa çalışacaqlar. Dortmund klubunun hücum xətti mövsümü çox məhsuldar keçirir. Ona görə bu görüşdə 2,5 üst variantına güvənmək olar.