Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 05.09.2024
Özbəkistan – Şimali Koreya 1
Asiya zonası üzrə DÇ 2026-nın həlledici seçmə mərhələsi başlayır. İlk dəfə 48 komandanın iştirak edəcəyi mundiala qoşulmağı hədəfləyən Özbəkistan üçün iddiasız Şimali Koreya ilə öz meydanındakı görüşdə xal itirmək yolverilməzdir. Ona görə özbəklərin seçmə mərhələyə qələbə ilə başlayacağını gözləyirəm.
Avstraliya – Bəhreyn YOX/QOL
Avstraliya həmişəki kimi dünya çempionatına vəsiqə uğrunda mübarizədə başlıca favoritlərdəndir. Bəhreyn onlara rəqib deyil, bu öz yerində. Bu ərəb komandası indiyədək Avstraliyaya qarşı keçirdiyi oyunlarda bir qol belə vura bilməyib. Məncə, Avstraliya millisinin qapısı bu dəfə də Bəhreyn futbolçularının üzünə “bağlı qalacaq”.
Yaponiya – Çin 1-ci Hissə – Yaponiya
Rəqiblər arasında səviyyə fərqi olduqca böyükdür. Söhbət dünya çempionatının həlledici seçmə mərhələsinin oyunundan gedirsə, Çin yığmasının ümumiyyətlə, sürpriz etmək şansı olmadığını düşünürəm. Məncə, yaponlar elə ilk yarıda məsələni həll edəcək.