Günün kuponu – 05.08.2025
Malmö – Kopenhagen QOL/QOL
Bu cütün favoriti Kopenhagendir. Amma Malmö də sıradan rəqib deyil. Məncə bizi hər iki oyunda dramatik mübarizə gözləyir. İlk duel İsveçdədir. Kimin qalib gələcəyini təxmin etmək çətindir. Amma hücum potensiallarını nəzərə alsaq, hər kollektivin qol vuracağını güman edə bilərik.
Harun Spartans – Makkabi Tel-Əviv 2
Zəif Malta klubun bu mərhələdə oynaması belə onlar üçün böyük uğurdur. Çətin ki, Hamrun İsrailin ən güclü komandasına müqavimət göstərə bilsin. Bu cütün taleyinin ilk oyunda həll olunacağına inanıram.
Kİ Klaksvik – Neman Qrodno 1
Farer adaları klubu evdə çox yaxşı təsir bağışlayır. Onlar Neman Qrodno kimi istənilən rəqibə qalib gəlmək gücündədirlər. Hazırda tənəzzül yaşayan Belarus futbolunda Qrodno təmsilçisi o qədər də güclü təsir bağışlamır. Üstəlik, uzun yol da Neman Qrodnonun oyununa təsirsiz ötüşməyəcək. Məncə, Kİ Klaksvik ilk oyunda qələbə qazanacaq.












