Günün kuponu – 05.08.2024
Mərakeş – İspaniya ÜST2.5
Paris Olimpiadasında futbol yarışları sona yaxınlaşır. İlk yarımfinal görüşündə Mərakeş olimpiya yığmasıyla İspaniya üz-üzə gələcək. İspanların turnir ərzində göstərdiyi oyun onları favorit göstərməyə imkan verir. Hər iki komanda hücumda inamlı oynadığını görə məhsuldar nəticənin üzərində dayanıram.
Fransa – Misir 1
Təşkilatçı ölkə əvvəldən çempionluğa namizəd göstərilir. ¼ finalda Argentina üzərində 1-0 hesablı qələbə qazanan Tyeri Anrinin komandası yarımfinalda da favoritdi. Meydan sahiblərinin heyətlə bağlı problemi müdafiəçi Enzo Melliotun cəzalı olmasıdı. Fransanın minimal hesabla qalib gələcəyini düşünürəm.
FH Hafnarfjordur – Vikingur Reykjavik QOL/QOL
İslandiya Premyer Liqasında “Hafnafyordur” 8 xal geri qaldığı rəqibi qəbul edir. Son görüşdə qonaqlar qələbə qazanıb. Son dəfə “Hafnafyordur” 2022-ci ildə “Vikingur”u məğlub etməyi bacarıb. Bu oyunda tərəflərin meydanı qolsuz tərk etməyəcəyini fikirləşirəm.