Günün kuponu – 05.08.2022
“Kristal Pelas” – “Arsenal” 2
Komandalar arasında keçirən son 8 oyundan cəmi birini “Arsenal” udub. Amma bu dəfə qonaqların qələbə qazanmaq şansı çoxdu. Mövsümlərarası fasilədə “Çelsi”ni 4:0, “Sevilya”nı 6:0 darmadağın edən, “Mançester Siti”dən Qabriel Jezusu alan komanda çətin ki, “Kristal Pelas”a xal versin.
“Ayntraxt” – “Bavariya” 2
Levandovskinin gedişi ilə münhenlilərin zəiflədiyini düşünmək sadəlövhlük olar. Əvvəla, Sadio Mane kimi dünya ulduzu transfer edilib. İkincisi isə mövsümlərası hazırlıq dövründə keçirilən oyunlar, o cümlədən Superkubokda “Leypsiq” üzərində qələbə komandanın yaxşı formada olduğunu göstərir. Frankfurtlular bu qarşılaşmada çətin ki, uğurlu nəticə əldə edə bilsin.
“Brüqqe” – “Zulte Vareqem” 1
Meydan sahibləri oyunun aşkar favoritidir. Superkubokda “Gent” və liqada “Genk” üzərində qələbələrdən sonra “Eupen”dən gələn məğlubiyyət komanda yaxşı dərs olmalıdı.
Doğma azarkeşlər önündə “Zulte Vareqem”dən 3 xal almamaq “Brüqqe” üçün çox böyük itki olar.
Son matçda “Antverpen”ə uduzan qonaqlar yəqin ki bu dəfə də səfərdən əliboş qayıdacaqlar.