Günün kuponu – 05.07.2023
İsrail (U-21) – İngiltərə (U-21) – 1-ci hissə künc zərbələri – İngiltərə
İsrail millisini gənclər arasında Avropa çempionatının sürpriz komandası saymaq olar. Bəlkə yarımfinalda da ingilislərə problem yarada bildilər. Amma künc zərbələrində onların üstünlük qazanacağını düşünmürəm. Məncə, ingilislər ən çox sevdikləri və bacardıqları oyun elementində -künc zərbələrinin sayında rəqibi üstələyəcək. Özü də həm ilk yarıda, həm də bütün oyun ərzində.
İspaniya (U-21) – Ukrayna (U-21) – 15-ci dəqiqəyə kimi qol – xeyr
AVRO-2023-ün yarımfinal oyununda ispanlar favorit sayılsa da, Ukrayna millisi bu yerə qədər əbəs yerə gəlmədiyini sübut etməyə çalışacaq. Daha çox müdafiəyə diqqət edəcəklərini gözləyirəm. Ona görə matçda erkən qolun olacağını düşünmürəm.
“Oita” – “Maçida Zelvia” – ən çox qolun vurulduğu hissə -2-ci hissə
Bu oyunun məhsuldar keçəcəyinə inamım yoxdur. Amma 0-0 variantına da güvənirəm. Məncə. Bu oyunda hətta 1 qol olsa belə, 2-ci hissədə vurulacaq.