Günün kuponu – 05.06.2025

Günün kuponu – 05.06.2025

Paraqvay – Uruqvay – cüt şans x2

Cənubi Amerikada Dünya Kuboku-2026-nın seçmə mərhələsinini 15-ci turunun oyunları başlayır. Eyni sayda – 21 xal toplayan bu komandalar 3-5-ci yerləri bölüşdürür. Hazırda olduqları mövqe mundiala birbaşa vəsiqə verdiyindən komandalardan heç biri ciddi təzyiq altında deyil. Fikruimcə, matçın heç-heçə bitmə ehtimalı az deyil. Bununla belə, Uruqvay millisinin Paraqvaya son qarşı 11 oyunda uduzmadığını da nəzərə alıram. Qonaqların qələbə ehtimalını da nəzərə alaraq Uruqvayın bu görüşdə uduzmayacağına mərc edirəm.

Oman – İordaniya – cüt şans x2

Asiyada dünya çempionatına son vəsiqələr uğrunda həlledici oyunlar. Seçmə qrupda 2-ci sırada olan İordaniya millisi Omanı 3 xal qabaqlayır. Demək, Oman millisinə qələbə hava-su kimi vacibdir. Amma İordaniya yığması potensialına görə məncə, daha üstündür. Omana qarşı oynadığı son 9 dueldə uduzmayan İordaniyanın bu vacib görüşdə də seriyanı davam etdirəcəyini gözləyirəm.

Qətər – İran – QOL/QOL

İran artıq dünya çempionatına vəsiqə qazanıb. Bununla belə cənub qonşumuzun ərəb komandaları ilə oyunları həmişə xüsusi prinsipiallığı ilə seçilir. Bu səbəbdən güclü hücum xəttinə malik İranın Qətər səfərində azı 1 qol vuracağını düşünürəm. Qətər millisi isə seçmə mərhələnin 4-cü raunduna yüksəlmək üçün bu matçda azı 1 xal qazanmalıdır. Tərəflər arasındakı son 4 oyunun bol qollu keçdiyini nəzərə alaraq qarşılıqlı qolları daha real variant sayıram.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Şamaxı” Qəbələdə başlayacaq

Növbəti yazı

Sürpriz kupon – 05.06.2025