Günün kuponu – 05.06.2024
Tunis – Ekvatorial Qvineya 1
Dünya Çempionatı 2026-nın Afrika zonası üzrə seçmə mərhələsində artıq 3-cü turun oyunları keçirilir. İlk 2 matçda qalib gələn Tunis millisi öz meydanında Ekvatorial Qvineyaya qarşı görüşün də favoriti sayılır. Son illər bütün DÇ-lərdə iştirak edən “Karfagen aslanları” 2 il sonra okeanın o tayında keçiriləcək mundiala da yollanmağı hədəfləyib. Amma bunun üçün əvvvəlcə 1-ci seçmə mərhələdə 6 komanda arasında qrup qaibi olmaq lazımdır. Demək, Tunis millisi üçün autsayderlə oyunda xal itkisi yolverilməzdir.
Egersund – Asane 3,5 ÜST
Norveçin 1-ci divizionunda yer alan bu komandalar bir-birinə qarşı indiyədək 8 dəfə qarşılaşıb. Ən az top vurulan görüşlərində 4 qol qeydə alınıb. Statistika həmişə özünü doğrultmasa da, bu dəfə inanaraq azı 4 qolun vurulacağına mərc edirəm.
Belçika – Monteneqro 2,5 ÜST
Avro 2024-ə hazırlaşan Belçika yığması Monteneqro ilə yoldaşıq matçında gücünü sınayacaq. Əla hücum xəttinə malik olan belçikalıların bu oyunda məhsuldar olacağını düşünürəm.