Günün kuponu – 05.06.2022

Günün kuponu – 05.06.2022

Uels – Ukrayna 2,5 ALT

Qətərdəki dünya çempionatına vəsiqə uğrunda həlledici qarşılaşma. Hər iki milli qarşılaşmanın əhəmiyyət və mahiyyətini dərk edir. Uelsli azarkeşlərdən başqa bəlkə də bütün dünta Ukraynanın dünya çempionatında iştirakını istəyir. Hər iki millidən ehtiyatlı oyun gözləyirəm. Nəticə etibarı ilə matçın 2,5 altla bitmək ehtimalı yüksəkdir.

Çexiya – İspaniya 2

Çexiya millisi Millətlər Liqasında ilk görüşündə İsveçrəni 2:1 məğlub edib. Amma Praqadaki qarşılaşmanın favoriti təbii ki İspaniya hesab olunur. İlk turda Portuqaliya ilə oyunda itirilən xalları (1:1) ispanlar yəqin ki, Çexiyanı udmaqla kompensasiya edəcək.

Portuqaliya – İsveçrə 1

Portuqaliya qrupun favoriti İspaniya ilə ilk turda 1:1 oynayıb. İndi isə qələbə vaxtıdır. Portuqaliya son 4 ev matçından 3-də qalib gəlib. Startda Çexiyaya 2:1 məğlubiyyətdən sonra Murat Yakının rəhbərlik etdiyi İsveçrə millisi qonaq qismində keçirdikləri son 6 oyunu 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə başa vurub. Aralarındaki 5 oyunda Portuqaliya millisinin minimal üstünlüyü var. Fikrimcə, qələbə Portuqaliyanın olacaq.

“Mister X”dən ən son “Günün Kuponu”

Mr. X

Əvvəlki yazı

Tsitsipas Ştutqart turnirində

Növbəti yazı

Sürpriz kupon – 05.06.2022