Günün kuponu – 05.03.2025
Feyenoord – İnter 2
“İnter”in bu matçdan qələbə ilə ayrılacağı daha da, inandırıcı görünür. Komanda kuboka iddialılardan biridir. Məncə, İnzaqinin yetirmələri elə ilk oyunda məsələni öz xeyirlərinə bitirmək niyyətindədir.
PSJ – Liverpul QOL/QOL
Hər iki komandanın yüksək formasını nəzərə alsaq, gərgin və maraqlı oyun gözlənilir. “PSJ” qələbə seriyasını davam etdirmək üçün evdəki üstünlüyündən istifadə etməyə çalışacaq. “Liverpul” da öz növbəsində gücünü göstərməyə və müsbət nəticə qazanmağa çalışacaq. Fikrimcə, hücum futbolu və çox qol şansları olan bir matç gözlənilir.
Bavariya – Bayer Leverkusen 3,5 ALT
Öz aralarındakı son 3 görüşdə məhsuldarlıq qeydə alınmayıb. Görüşlər minimal hesabla başa çatıb. Kimisə favorit adlandırmaq çətindir. Hər iki komandanın gücü məlumdur. Düşünürəm ki, bu dəfə də, ehtiyatlı davranacaqlar. Bir sözlə, məhsuldar oyun gözlənilmir.