Günün kuponu – 04.12.2021
“Roma” – “İnter” – 2,5 üst
Komandalar A seriyasında son turlarda 2,5 alt oynasalar da, bu dueldə vəziyyətin fərqli olacağını düşünürəm. Joze Mourinyo vaxtilə Çempionlar Liqası və İtaliya çempionluğunu qazandırdığı “İnter”ə qarşı bütün məşqçi bacarığını işə salacaq. Romalılar bu mövsüm öz evində yalnız “Napoli” matçında qol vura bilməyib. “İnter”in hücum xətti haqqında isə rəqəmlər hər şeyi deyir: 15 tura 36 qol!
Məncə, bu matçdan rahatlıqla 2,5 üst gözləmək olar.
“Uotford” – “Mançester Siti” – 2
Burada başqa variant düşünmək belə vaxt itkisidir, fikrimcə. İndiyədək “Mançester Siti” yə qalib gələ bilməyən “Uotford” yalnız 2006 və 2007-ci illərdəki 2 heç-heçə ilə öyünə bilər. Lider “Çelsi”ni uzağa buraxmaq olmaz, ona görə “Uotford”u “Siti”nin
“əlindən kimsə ala bilməz”.
“Napoli” – “Atalanta” – 2,5 üst
Berqamo təmsilçisi “Napoli” üçün arzuolunmaz rəqiblərdən sayılır. Neapollular bu komanda ilə keçirdiyi son 7 görüşdən yalnız birində qələbə qazanıb. “Atalanta”nın bu dəfə də “Napoli”yə problem yaradacağı gözlənilir. İndi onlar əvvəlkindən də yaxşı təsir bağışlayırlar. Hər iki komanda 15 turda 32 qol vurub. Bu cür hücum xətti olan komandaların qarşılaşmasına necə 2,5 alt yazasan, axı?