Günün kuponu – 04.11.2024

Günün kuponu – 04.11.2024

Parma – Cenoa – 1-ci hissə qol cəmi – 0,5 ÜST

Parma A seriyasında sonuncu yerdə qərarlaşan Cenoanı qəbu edir. Hər iki komanda çox qol buraxması ilə diqqət çəkir. Fikrimcə, hesabın matçın ilk yarısında açılması ehtimalı böyükdür.

Kopenhagen – Silkeborg – 1-ci hissə qol cəmi 2,5 ALT

Kopenhagen çempionluq mübarizəsində Brondbüdən geri qalmamaq üçün bu matçı qazanmalıdır. Amma Silkeborgun rahat təslim olacağını da düşünmürəm. Fikrimcə, matçın taleyi 2-ci hissədə həll olunacaq. Ona görə ilk yarıda 1-dən artıq qol vurulacağını gözləmirəm.

Vestern Yunayted – Melburn Siti – QOL/QOL

Avstraliya A Liqasının geridə qalan 2 turunda bu komandalar meydanı qolsuz tərk etməyib. Turnir cədvəlində 8-10-cu yerlərdə qərarlaşmaları qələbəni tərəflər üçün daha vacib edir. Məncə, 3 xalı qazanmaq uğrunda mübarizədə yekun hesabdan asılı olmayaraq hər iki komanda qol vuracaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Sumqayıt”dan son dəqiqə qələbəsi

Növbəti yazı

Sürpriz kupon – 04.11.2024