Günün kuponu – 04.10.2023
“Nyukasl” – PSJ – 1-ci hissə cüt şans 12
Hər iki komandanın hücum potensialı bol qollu oyun gözləməyə əsas verir. Hesabın ilk yarıda açılacağını, tərəflərdən birinin fasiləyə üstün durumda yollanacağını düşünürəm.
“Leypsiq” – “Mançester Siti” – 2,5 ÜST
Son oyunlarda İngiltərə Liqa Kubokunda və premyer liqada uduzan “Mançester Siti” ÇL-də azarkeşlərini sevindirməyə çalışacaq. “Leypsiq”in də hücumda aqressiv olduğunu nəzərə alsaq, 2,5 üst variantına güvənmək olar.
“Borussiya” (Dortmund) – “Milan” – 1-ci hissə cüt şans 12
Alman komandalarının oyunlarında nadir hallarda ilk yarıda qol vurulmur. “Milan”ın avrokuboklarda A seriyasından daha fərqli oynadığını nəzərə almaq lazımdır. Məncə, bu oyunda ilk hissədə hesabda bərabərlik pozulacaq.