Günün kuponu – 04.10.2022

Günün kuponu – 04.10.2022

“Bayern Münhen” – “Viktoriya Plzen” 1
“Bayern Münhen” cütün aşkar favoritidir. Çexiya klubu iki oyundan sonra xal toplaya bilməyib. Ola bilsin ki, Plzen təmsilçisi qrup mərhələsini xalsız başa vursun.
Naqelsmannın komandasının Bundesliqada işləri yaxşı getməsə də, son turda “Bayer Leverkuzen”i darmadağın edə bildilər – 4:0. “Bayern Münhen”ə qrupda birinci yeri təmin etmək baxımından qələbə lazımdır.
Çempionlar Liqasının qrup mərhələsinə ultramüdafiə futbolu ilə düşən “Viktoriya Plzen”in bu matçda heç bir şansı görünmür.

“Portu” – “Bayer Leverkuzen” 1
Portuqaliya klubu qrup mərhələsinə çox pis başlayıb və 2 oyundan sonra xalı yoxdur. Ona görə də “Portu” bu qarşılaşmada nəyin bahasına olursa-olsun qələbə qazanmalıdır.
“Bayer Leverkuzen” isə ötən tur “Atletiko”nu büdrədə bilmişdi 2:1. Almaniya klubunda Kərim Bellarabi uzun müddət zədəlidir. Eyni səbəbdən argentinalı Palasios da komandasına kömək edə bilməyəcək.
Maraqlıdır ki, bu komandalar arasında son iki görüşdə Leverkuzen təmsilçisi qalib gəlib.
Lakin bu dəfə qələbə “Portu” üçün daha vacibdir. Həm də “Brügge”yə öz meydanında 0:4 hesablı məğlubiyyətdən sonra azarkeşlərin könlünü almaq baxımından.

“İnter” – “Barselona” QOL/QOL
“İnter”in İtaliya A seriyasında işləri yaxşı getmir. Simone İnzaginin komandası 2 turdur məğlub olur. Komanda son oyunda öz meydanında prinsipial rəqiblədən “Roma”ya da uduzdu – 1:2.
“Barselona” isə La Liqada 6 oyundur ki, qələbə qazanır. Kataloniya klubu “Real”la birgə 19 xalla 1-2-ci yerləri bölüşür.
“İnter” də hələ də Romelu Lukaku zədəlidir, “Barsa” da isə Arauxo əməliyyat olunub, Depay, Künde və Frenki de Yonq oyuna tam hazır deyillər.
Bu komandalar arasında son 3 görüşdə qarşılıqlı qollar olub.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün şansı – 03.10.2022

Növbəti yazı

Sürpriz kupon – 04.10.2022