Günün kuponu – 05.09.2022

Günün kuponu – 05.09.2022

“Valyadolid” – “Almeriya” – Q/Q

Qonaqlar 3 oyundan 4 xal toplamaqla 11-ci yerdədir. “Valyadolid” La Liqaya yaxşı başlamayıb. Cəmi 1 xalı olan meydan sahibləri qapısından 8 qol buraxıb. Tərəflərin 5 ay öncə baş tutan son görüşündə “Valyadolid” bərabərliyə nail olub.

“Salernitana” – “Empoli” – ÜST2.5

İlk turlarda qələbə qazana bilməyən “Empoli” 3 heç-heçəyə sevinir. Aktivində 1 qələbə olan “Salernitana” əvvəlki turlarda 5 qol vurmaqla diqqəti cəlb edir. Fikrimcə bu matçda hər iki tərəf qol vuracaq.

“Torino” – “Leççe” – ÜST2.5

Qələbəyə həsrət olan “Leççe” səfərdə “Torin o”nun qonağı olacaq. Meydan sahiblərinin müdafiə xəttindəki boşluqları ciddi problemlə çevrilib. 4 oyunda qapısında 5 qol izləyən “Torino” rəqib hücumlarının qarşısını almaqda çətinlik çəkir. Son 8 görüşdə ÜST2.5 əmsalı özünü doğruldub.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Yuventus” Danilonu komandada saxlayacaq

Növbəti yazı

Sürpriz kupon – 05.09.2022