Günün kuponu – 04.06.2024

Günün kuponu – 04.06.2024

Fransa Q – İngiltərə Q QOL/QOL

Qadın futbolçuların Avropa çempionatının seçmə mərhələsində 4-cü tura start verilir. 3 oyunda maksimum xal toplayan fransızlar cəmi 1 dəfə mərkəzə dəvət olunub. Səfərdəki matçda Fransa ingilislərə 2-1 hesabıyla qalib gəlib. Meydan sahiblərinin bu oyunda iki əsas futbolçusu iştirak etməyəcək. Belədə hər iki tərəfin meydanı qolsuz tərk etməyəcəyinə inanıram.

İtaliya Q – Norveç Q QOL/QOL

Hər iki komanda seçmə mərhələdə 3 oyunda 4 xal toplayıb. Qrupda qonşu pillələrdə dayanan komandaların bu oyundakı nəticəsi çox önəmlidir. Hər iki tərəfin bir qədər ehtiyatlı oynayacağını düşünürəm. Bununla belə İtaliya evdə daha çox hücum edəcək. Bu oyun üçün qol-qol seçiminin daha real olduğunu düşünürəm.

Portuqaliya – Finlandiya 2.5 ALT

Avropa çempionatı ərəfəsində iştirakçı ölkələr yoldaşlıq görüşlərində özünü sınayır. Yoldaşlıq görüşlərində bəzən komandalar maksimum oyunu nümayiş etdirmir. Üç ay əvvəl yoldaşlıq görüşündə Sloveniya millisinə uduzan (0-2) Portuqaliya bu gün də sürpriz edəcək gücdədir. Ona görə də 2.5 Alt seçiminin üzərində dayanıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Kəpəz”də ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 04.06.2024