Günün kuponu – 04.04.2023

Günün kuponu – 04.04.2023

“Bornmut” – “Brayton” QOL/QOL
“Brayton” bu mövsüm avrokuboklara vəsiqə qazana bilər. Roberto De Dzerbinin komandası 43 xalla 6-cı yeri tutur və 5-ci sıradakı “Tottenhem”dən 6 xal geri qalır. “Bornmut”un vəziyyəti o qədər də yaxşı deyil, komandanı təhlükəli zonadan cəmi 1 xal ayırır. Komanda son 2 ev oyununda qələbə qazanıb. Təhlükəli zonadan aralanmaq üçün bu dəfə də qələbəyə oynayacaqlar. Hər iki tərəfin fərqlənmək üçün imkanları ola bilər.

“Çelsi” – “Liverpul” ÜST 2,5 “Çelsi” 2 gün öncə baş məşqçisi Qrem Potterlə yollarını ayırdı. London klubuna müvəqqəti olaraq Bruno Saltor rəhbərlik edəcək. Hər iki klubun düşərgəsində əhval-ruhiyyə elə də yaxşı deyil. “Liverpul” ötən tur “Mançester Siti”yə 1:4 hesabı ilə məğlub oldu. Hazırda “Liverpul” turnir cədvəlində 42 xalla 8-ci, “Çelsi” isə 38 xalla 11-ci yeri tutur. Hər iki klub gələn mövsüm Çempionlar Liqasından kənarda qala bilər. Tərəflərin itirəcəyi bir şey yoxdur, bol qollu oyun gözləyirəm.

“Bayern Münhen” – “Frayburq” 1
Tomas Tuhel Münhen klubunun baş məşqçi postunda ilk oyunda əsas rəqibi “Borussiya Dortmund”u məğlub edə bildi – 4:2. İndi isə “Bayern” Almaniya kubokunun 1\4 final mərhələsində “Frayburq”la üz-üzə gələcək. “Bayern” bu mövsüm Bundesliqada “Frayburq”un qapısından 5 cavabsız top keçirmişdi. Bu oyunun da aşkar favoriti meydan sahibləridir.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Borussiya”da yeni müdafiəçi

Növbəti yazı

Sürpriz kupon – 04.04.2023