Günün kuponu – 04.03.2025
Turan Tovuz – Zirə ALT 2.5
Prinsipial qarşılaşmada rəqiblərin olduqca ehtiyatlı oynayacağını güman edə bilərik. Üstəlik, “Zirə”nin əsas qol ümidlərindən Rafael Utziq Tovuzda meydana çıxa bilməyəcək. Bol qollu oyun görəcəyimizi düşünmürəm.
Sabah – Araz Naxçıvan 1X və ALT 3.5
Daha bir prinsipial qarşılaşma Masazırda oynanacaq. Bu matçda da komandaların ilk növbədə qapılarının toxunulmazlığını düşünəcəyini proqnozlaşdırıram. Son mücadilədə “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə darmadağın edən “bayquşlar” doğma azarkeşlər önündə qələbə qazanmağa çalışacaq. “Sabah”ın uduzmayacağına və matçda üçdən artıq qol olmayacağına mərc edirəm.
Brügge – Aston Villa QOL/QOL
“Brüqqe” “Atalanta”nı ÇL-dən uzaqlaşdırmaqla əsl sensasiyaya imza atdı. “Aston Villa”nın isə növbəti mövsüm yenidən qitənin ən nüfuzlu klub turnirində oynamaq şansı demək olar ki, yoxdu. Komanda hazırda Premyer Liqada 10-cu pillədədi. Düşünürəm ki, azarkeşlər maraqlı oyun görəcək və hər iki rəqib qol vura biləcək.