Sürpriz kupon – 04.02.2025

Sürpriz kupon – 04.02.2025

Kocaelispor – Sivasspor 2
Türkiyə Kubokunda 2-ci tura start verilir. İlk turda xalsız qalan komandalar indi meydana qələbə üçün çıxacaq. Favorit Sivas təmsilçisidir. Son 20 ildə rəqibə uduzmayan “Sivasspor”un bu dəfə də uğurlu olacağını düşünürəm.

Konyaspor – Eyüpspor QOL/QOL
Kubokda ilk turda 1-0 hesablı qələbəyə sevinən tərəflər indi Konyada mübarizə aparacaq. Meydan sahiblərinin kuboka ciddi önəm vermədiyini fikirləşirəm. Bu mənada “Eyüpspor”un superliqadakı sürpriz nəticələri davam etdirəcəyi gözlənilir. Qol/qol bu matç üçün daha real seçimdi.

Beşiktaş – Kirklarelispor ÜST3.5
İkinci liqa təmsilçisi ilk dəfə “Beşiktaş”ın qonağı olacaq. Meydan sahiblərinin ikinci heyəti belə bu rəqiblə rahat şəkildə oynamaq gücündədir. Kubok matçlarında sürpriz tez-tez rast gəlinir. Ciddi fərqə görə bu oyundan “qol yağışı” gözləntisi var.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Andre Silva “Verder”də

Növbəti yazı

Günün kuponu – 04.02.2025