Günün kuponu – 04.02.2023
“Borussiya Dortmund” – “Frayburq” – QOL/QOL
“Borussiya” qış tətilindən sonra oynadığı 3 matçın hamısını qazanıb. Bu qələbələr Dortmund klubunu 4-cü sıraya yüksəldib. Rəqib isə ən “yaxın qonşu” – 5-ci yerdəki “Frayburq”dur. “Qarabağ”ın Avroliqadakı keçmiş rəqibi də aqressiv oyun üslubu ilə seçilir. Ona görə bu qarşılaşma üçün məncə, qol/qol daha uyğun variantdır.
“Everton” – “Arsenal” – 2
“Arsenal” bu mövsüm yüksəlişdədir, bunu turnir cədvəlindəki liderliyi də sübut edir. “Everton” isə əksinə, ən pis mövsümlərindən birini keçirir. Bu vəziyyətdə onlar çətin ki, liderdən xal ala bilsin.
“Köln” – “Leypsiq” – 1-ci hissə cüt şans 12
Bol qollu oyun gözləyirəm. Belə matçlarda əksər hallarda ilk yarıda artıq hesab açılır, tərəflərdən biri fasiləyə üstün durumda çıxır. Əlbəttə, taym heç-heçə də bitə bilər. Amma riskə gedərək, ilk hissədə tərəflərdən birinin qələbəsinə mərc edirəm.