Günün kuponu – 03.12.2025

Günün kuponu – 03.12.2025

“Seltik” – “Dundee” FC – 1-ci hissə – “Seltik”

Həmişəki kimi Şotlandiya premyer liqasında çempionluq uğrunda yarışan Seltik hazırki lider “Harts”la 2 xallıq fərqi aradan qaldırmağa çalışır. “Dandi” FC çətin ki, Seltikin meydanında sürpriz nəticə göstərsin. Bu komanda Şotlandiya premyer liqasında son 5 səfər görüşünün hamısında məğlub olub. 2018-ci ildən bu yana Seltikin meydanında oynadığı bütün 7 qarşılaşmanı da uduzub. Qısası, sensasiya gözləmirəm. Məncə, Seltik artıq ilk hissədə qələbənin əsasını qoyacaq.

“Şamaxı” – “Baku Sportinq” – 1

“Baku Sportinq” Azərbaycan Kubokunun 1\8 final mərhələsinə yüksəlmiş 4 1-ci liqa təmsilçisindən biridir. 1-ci liqada 9 oyundan yalnız 1-də uduzan Buzovna klubu hazıra 4-cü sıradadır. Bununla belə, Azərbaycan futbolunda premyer liqa və 1-ci liqa klubları arasındakı səviyyə fərqi hamıya məlumdur. “Şamaxı”ynın bu oyunda qalib gəlməsinə yalnız futbolçuların matça lazımınca motivasiya oluna bilməməsi mane ola bilər. Onu da inanmıram ki, baş məşqçi Ayxan Abbasov imlan versin. Çempionatda son 2 oyunda qələbəsiz qalan “Şamaxı” məncə, kubok görüşündə qalib gələcək.

Yunion Berlin – Bavariya – QOL/QOL

Bu komandaların 25 gün əvvəl bundesliqada Berlin qarşılaşması 2:2-lik bərabərliklə yekunlaşmışdı. Həmin oyunla bağlı proqnozumda da qeyd etmişdim, Yunion Berlin öz meydanında Bavariyaya qol vurmağı bir növ adətə çevirib. Tərəflərin Berlindəki son 6 duelinin hamısında yekun nəticədən asılı olmayaraq Bavariya qapısında qol görüb. “Ənənə”yə sadiq qalaraq fikrimcə, bu matçda da qarşılıqlı qollara mərc etmək olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Auqsburq”da ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 03.12.2025