Günün kuponu – 03.12.2024
İpsviç Taun – Kristal Palas QOL/QOL
İngiltərə premyer liqasında 14-cü tur başa çatır. Autsayderlərdən biri “İpsviç Taun” 11 il ərzində məğlub edə bilmədiyi komandanı qəbul edəcək. Premyer liqada təcrübəlilərlə ayaqlaşmağı bacarmayan “İpsviç” 2 tur əvvəl evdə “Mançester Yunayted”lə 1-1 oynamaqla diqqəti özünə cəlb edib. Amma bu oyun sadəcə təsadüf olub. Çünki meydan sahiblərinin yüksək dəstəni tərk etməməsi real görünmür. Bu oyunda tərəflərin məhsuldar heç-heçəyə nail olacağını proqnozlaşdırmaq olar.
Malyorka – Barselona 2
La Liqada lider olan “Barselona” xal itirəcəyi halda birinci pilləylə vidalaşa bilər. Ehtiyatda bir oyunu olan “Real” sanki kataloniyalıların büdrəməsini gözləyir. Ona görə “Barsa”nın səfərdə xal itirəcəyi inandırıcı görünmür. La Liqada ardıcıl 3 tur qələbəyə həsrət olan qonaqlar ötən həftə “Las Palmas”a uduzmaqla sürpriz imza atdı (1-2). “Barsa”nın səhv etmək limiti tükənir və səfərdə yalnız 3 xal qane edə bilər.
Bolonya – Monza ALT2.5
İtaliya Kubokunda 1/8 final. Ötən mərhələdə “Breşiya”nı üstələyən “Monza” indi daha güclü rəqiblə qarşılaşır. “Bolonya”nın qeyri-stabil mübarizə aparmasına baxmayaraq evdə məğlub olmayacağını düşünürəm. Müdafiənin etibarlı oynaması ALT2.5 seçimini etməyə imkan verir.