Günün kuponu – 03.11.2025

Günün kuponu – 03.11.2025

Sassuolo Kalço – Cenoa QOL/QOL

9 oyunda 3 xal qazanan “Cenoa” A seriyasını tərk etmək təhlükəsi ilə qarşılaşıb. Mövsümə biabırçı nəticələrlə başlayan qonaqlar uğursuz seriyaya “Sassuolo”yla matçda son qoymaq niyyətindədir. Stabil oyun nümayiş etdirməyən meydan sahiblərinin evdə xal itirməsi sürpriz sayılmayacaq. Ona görə qol/qol bu oyun üçün real seçim kimi görünür.

Latsio – Kalyari 2.5 ÜST

Ardıcıl 5 matçda qələbəyə həsrət qalan “Kalyari” həm də heyət problemi yaşayır. “Kalyari” A seriyasında qapısında ən çox qol izləyən komandalar sırasındadır. Səfərdə “Latsio” ilə oyun qonaqlar üçün ciddi dəyişiklik anı ola bilər. “Latsio”nun müdafiədə olan problemlərini nəzərə alaraq ÜST2.5 üzərindən mərc etməyi daha şanslı sayıram.

Sabah – Qəbələ 1

Ötən tur “Araz”la 2-2 hesablı heç-heçə oynayan “Sabah” bu dəfə xal itirmək barədə düşünmür. Əks halda Bakı təmsilçisi liderlər qrupundan uzaqlaşa bilər. Ona görə “Sabah” yaxşı günlərini yaşamayan “Qəbələ”ylə matçda daha şanslı sayılır. Daha çox gənclərə etibar edən Kazaber Tsxadadzenin komandasının xal qazanması əsl sürpriz sayılacaq. Meydan sahiblərinin qələbəsinə mərc gəlməyi riskli hesab etmirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Turan Tovuz”dan ev qələbəsi

Növbəti yazı

Sürpriz kupon – 03.11.2025