Günün kuponu – 03.11.2022
Monako – Srvena Zvezda 1
Hər iki komanda üçün olduqca vacib oyundu. Liqa 1 təmsilçisi yola Avropa Liqasında davam etmək istəyirsə qalib gəlməlidi. Heç-heçə isə fransızları Konfrans Liqasına aparacaq. Amma meydan sahibləri daha güclüdür və çox ehtimal “doğma divarlar”ın da köməyilə istəyinə nail olacaq.
Trabzonspor – Ferentsvaroş QOL/QOL
Azarkeşlərimizə yaxşı tanış olan iki komandanın qarşılaşmasında meydanda sahibləri favoritdi. Pley offa vəsiqəni təmin etmiş macarlardan fərqli “Trabzonspor”a bu oyunda mütləq qalib gəlmək lazımdı. Hər iki rəqibin hücüm potensialı yaxşıdı və qarşılıqlı qolların olacağını təxmin edirəm.
Riqas – Fiorentina 2
“Fiorentina” təkcə bu oyunun favoriti deyil. Avropa Liqasını qazanmağa ən iddialı klublardan biri əhəmiyyətsiz görüşdə özünə əziyyət verməyəcək. Amma italyanlar rəqibindən o qədər usta komandadır ki, “bir ayaqla” da rahat qələbə qazana bilərlər.