Günün kuponu – 03.10.2025

Günün kuponu – 03.10.2025

Osasuna – Xetafe 1,5 ÜST

La Liqada turun açılış oyununun favorit yoxdur. Əmsallar da bunu deyir. Amma bu oyunun qolsuz keçməyəcəyini ehtimal etmək olar. Düşünürəm ki, bu komandaların duelində azı 2 qol vurulacaq.

Trabzonspor – Kayserispor 1

Trabzonspor mövsümə yaxşı başlayıb. Hazırda 3-cü olan trabzonlular iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmağa çalışacaqlar. Kayserispor da bunun üçün münasib rəqibdir. Qələbəyə həsrət Kayserispor çətin ki, rəqibinə müqavimət göstərə bilsin.

Rekshem – Birminqem QOL/QOL

Komandaların qələbə əmsalları bir-birinə çox yaxındır. Həqiqətən də, kimin qalib gələcəyini təxmin etmək çətindir. Amma hər iki komandanın qol vuracağını güman edirəm. Məncə, bu oyun üçün ən uyğun seçim məhz qol/qol olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Addainin qolu ən yaxşı adına namizəddir

Növbəti yazı

Sürpriz kupon – 03.10.2025