Günün kuponu – 03.10.2023

Günün kuponu – 03.10.2023

Luton – Börnli 2,5 ÜST

İngiltərə premyer liqasının debütantı Luton cari mövsümdə artıq qələbəyə sevinib. Börnli isə uğursuz startla yadda qalıb. Qələbəyə həsrət qonaqların zəif görünən Lutonla qarşılaşmada riskə gedəcəyini, açıq futbol olacağını təxmin edirəm. Bu oyunda kimin qələbə qazanacağını demək çətindi. Amma bol qollu matç olacağını ehtimal etmək olar. Odur ki, ən doğru seçim olaraq, 2,5 üst variantını təklif edirəm.

Napoli – Real QOL/QOL

Çempionlar liqasında gecənin ən maraqlı oyunu desəm, yanılmaram. Hər iki komandanın hücum xətti göz qamaşdırır. Lakin, həm italyanların, həm də ispanların müdafiəsi bəzi oyunlarda inamlı təsir bağışlamır. Bu qarşılaşmada ən ideal seçim qarşılıqlı qollar oladı. Hətta hər iki komandanın ilk hissədə qol vuracağını düşünürəm.

Mançester Yunayted – Qalatasaray 1

Mançester Yunayted ilk turda Bayernlə səfər oyununda qol vurmaq potensialını və iddiasını göstərdi. Qrupda favoritlərdən biri olduğunu söyləməklə yeni nəsə kəşf etmirəm. Qalatasaray isə ilk oyunda xeyli əziyyət çəkdi. Yalnız rəqib azlıqda qaldıqdan sonra türkiyəlilər heç-heçəni “xilas” edə bildilər. Görünən odur ki, Qalatasarayın bu qrupda gücü yalnız Kopenhagenlə rəqabətə çatacaq. Mançester Yunaytedin “Old Trafford”da rahat qələbə qazanacağını düşünürəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Liverpul”da yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 03.10.2023