Günün kuponu – 03.06.2024
Gibraltar – Şotlandiya ÜST 3.5
Euro 2024-ün açılış matçında “Alyans Arena”da Almaniyanın qonağı olacaq Şotlandiya Cəbəllütariqlə yoxlama görüşünə çıxacaq. Rəqiblər arasında ciddi səviyyə fərqi şotlandlara özünə çox əziyyət çəkmədən qələbə qazanmağa ümid verir. Amma Cəbəllütariq də zaman-zaman qol vurmağı bacaran komandadı. ETOPAZ ÜST 3.5 variantına 1.5 əmsal verir. Dəyərləndirmək olar.
Almaniya – Ukrayna 1
Almaniya kimi EURO 2024-də ilk matçını Münhendə – “Alyans Arena”da keçirəcək Ukraynanın Rumıniya ilə həmin qarşılaşmasına hələ 2 həftə var. Ukraynalılar ad-sanlı rəqibə müqavimət göstərmək gücündədi. Amma yenə yekunda ustalığın öz sözünü deyəcəyini və almanların qalib gələcəyini düşünürəm.
Albaniya – Lixteynşteyn
Sıfırla qazanacaq: Albaniya
Albaniya EURO – 2024-ə hazırlığa qitənin zəif komandalarından biri ilə görüşlə davam edəcək. Rəqiblər arasında indiyəcən keçirilən bütün oyunlarda albanlar qalib gəlib və qol buraxmayıb. Bu dəfə də istisna olmayacağını təxmin edə bilərik.