Günün kuponu – 03.04.2025
Çelsi – Tottenhem 1
London derbisi günün ən maraqlı matçı olacaq. Çempionlar liqasına yollanmaq üçün Çelsi derbidə mütləq qalib gəlməlidir. Xal itkisi zadəganları izləyən 3 komandanın işinə yarıya bilər. Çelsinin həm də Tottenhemdən daha keyfiyyətli heyətə malikdir. Məncə meydan sahibləri bu qarşılaşmada xal itirməz.
Beşiktaş – Göztəpə ilk hissə qol cəmi 0,5 ÜST
Həftəsonu Qalatasarayı məğlub etməyi bacaran Beşiktaşın əsas hədəfi kuboku qazanamaqdır. Göztəpə ciddi rəqibdir. Məncə bizi bu görüşdə bol qollu qarşılaşma gözləyir. Hətta hesabın artıq ilk hissədə açılacağını ehtimal edirəm.
Bazel – Qrasshopers 1
Çempionluğu hədəfləyən Bazel bu tip matçlarda xal itirməməlidir. Autsayderlərdən olan Qrasshopers 3 turdur qələbəyə həsrətdir. Onlar çətin ki, Bazel səfərində varlıq göstərə bilsinlər. Bazelin bu qarşılaşmada rahat qələbə qazanacağını düşünürəm.