Günün kuponu – 03.04.2023
“Valensiya” – “Rayo Valekano” ÜST 1.5
Bir zamanlar İspaniya futbolunun nəhənglərindən sayılan “Valensiya” yaxşı günlərini yaşamır. Komanda turnir cədvəlində irəliləməsə La Liqadakı yerini itirəcək.
“Rayo Valekano” bu mövsümü indidən aktivinə yaza bilər. Komanda 8-ci pillədədi və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.
“Valensiya” 4 il yarımdır rəqibini məğlub edə bilmir. Amma bütün uğursuz seriyalar get-tez qırılmalıdı. Bunun üçün isə meydan sahibləri qol və ya qollar vurmalıdı. Qonaqların da formasını nəzərə alsaq ÜST 1.5 variantına mərc edə bilərik.
“Famaliko” – “Arauka” ALT 3.5
Primeyra Liqanın iki möhkəm təmsilçisinin qarşılaşmasından çox qol gözləmirəm. Rəqiblər bir-birinə qarşı ehtiyatlı olacaq. Hər iki komandanın müdafiə xəttinin xüsusi diqqətini nəzərə alıb bu varianta mərc etmək olar.
“Empoli” – “Leççe” ALT 3.5
Hər iki komanda ardıcıl 4 oyundur uduzur. “Leççe” bu matçlarda 1 qol da vurmayıb.
“Empoli” isə hücumda parlamasa da, müdafiədə etibarlı oyunu ilə seçilir.
Bu qarşılaşmada ALT 3.5 mərcini sınamaq olar.