Günün kuponu – 03.03.2025
Səbail – Şamaxı 1X və ALT 3.5
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan 2 klubun qarşılaşmasının gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. “Səbail” qış fasiləsindən sonra yalnız “Qarabağ”a uduzub, “Sumqayıt” və “Kəpəz”i udub, “Sabah”, “Araz Naxçıvan” və “Turan Tovuz”la heç-heçə edib. Sonuncu pillədən qurtulmaq istəyən meydan sahiblərinin bu qarşılaşmadan 3 xalla ayrılacağını düşünürəm. Amma meydan sahiblərinin uduzmayacağı və matçın bol qollu keçməyəcəyi variantı daha etibarlı görünür.
Yuventus – Verona 1X və ALT 3.5
“Yuventus” A seriyasında son 6 oyunda 5 qələbə qazanıb. Komanda doğma arenada “Verona”nı da udacaq gücdədi. Bir qədər özümü sığortalayıb meydan sahiblərinin uduzmayacağına və matçda üçdən artıq qol vurulmayacağına mərc edirəm.
Sportinq L. – Eştoril 1
Bu qarşılaşmanın aşkar favoriti bəllidir. Komandalar arasında keçirilmiş son 7 oyunun hamısını paytaxt təmsilçisi udub. Bu oyunlardan cəmi birində “Eştoril” qol vura bilib. Lissabonluların favorit statusunu doğruldacağını düşünürəm.