Günün Kuponu – 03.03.2024

Günün Kuponu – 03.03.2024

Börnli – Bornmut Qol/Qol

Bu ilki çempionatda “Börnli” inamlı çıxış etmir. Ardıcıl 5 oyundur məğlub olur. “Bornmut” isə əksinə son oyunlarda stabillik nümayiş etdirir. Favorit bu oyunda yoxdur. Sonda hər bir nəticə ola bilər. Bu oyuna ən etibarlı proqnoz isə qol-qoldur.

Villareal – Qranada  1

Oyundan əvvəlki faktlara nəzər yetirək. Ev sahibi son 6 oyunun 2-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. “Qranada” səfərlərdə keçirdiyi 12 oyunun 10-da məğlub olub. “Villareal” yuxarı pillələrə qalxmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır. 13 oyundur “Qranada”ya məğlub olmur.

Atletiko Madrid – Real Betis 1

La Liqada çempionluq uğrunda mübarizə aparan “Atletiko” Avro-zonaya düşmək üçün çalışan “Betis”i qəbul edir. Təbii ki, bu qarşılaşmada favorit ev sahibidir. Qonaqlar bu çempionatda stabil çıxış etmir. Yəqin ki, bu məqamdan ev sahibi məharətlə istifadə edib növbəti qələbəsini qazanaraq çempionluq mübarizəsini davam etdirəcək.

Mr. X

Əvvəlki yazı

İlin bombardirləri

Növbəti yazı

Sürpriz Kupon – 03.03.2024