Günün kuponu – 03.03.2023

Günün kuponu – 03.03.2023

“Borussiya” – “Leyptsiq” QOL/QOL
Bütün turnirləri nəzərə alsaq, Dortmund klubu ardıcıl 9 oyundur qələbə qazanır.
“Leyptsiq” Çempionlar Liqasında “Mançester Siti” ilə bərabərə qaldıqdan (1:1) sonra Bundesliqada “Ayntraxt”ı məğlub etdi – 2:1.
“Leyptsiq” son 3 görüşdə “Borussiya” üzərində qələbə qazanıb. Məncə, hər iki komandanın fərqlənmək imkanları olacaq.

“Napoli” – “Latsio” QOL/QOL
“Napoli” inamla çempionluğa gedir. Luçano Spallettinin komandası ən yaxn izləyicisini 18 xal qabaqlayır.
Meydan sahiblərində ötən oyun qırmızı vərəqə alan Mario Ruy komandasına kömək edə bilməyəcək.
Neapol klubu sonuncu dəfə yanvarın 18-də İtaliya kubokunun əsas vaxtında “Kremoneze” ilə heç-heçə edib. Ümumiyyətlə, “Napoli” mundialdan sonra çempionatda bütün görüşlərdə qələbə qazanıb.
4-cü yerdə olan “Latsio” ÇL-ə vəsiqə verən “dördlük”dən kənarda qalmaq istəmir.
Bu komandalar arasında son 2 oyunda qol\qol qeydə alınıb. Yenə qarşılıqlı qollar ola bilər.

“Utrext” – “Sittard” ÜST 2,5
“Sittard” çempionatda son oyununu uduzub. “Utrext” PSV ilə heç-heçə etdikdən sonra səfərdə “Sparta”nın qapısından 3 cavabsız top keçirdi.
Bu komandalar arasında son matçda “Utrext” səfərdə “Sittard”ı 4:3 hesabı ilə məğlub etmişdi. “Sittarsd”ın meydanında keçirilən son görüş isə heç-heçə yekunlaşıb – 2:2.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Yuventus”da yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 03.03.2023