Günün kuponu – 03.02.2025

Günün kuponu – 03.02.2025

Qaziantep – Qalatasaray – 1-ci hissə – Qalatasaray

Qalatasaray səfərdə oynamasına baxmayaraq matçın açkar favoritidir. “Cim-Bom” demək olar bütün parametrlərdə Qaziantep klubunu üstələyir. Turnir cədvəlində ən yaxın izləyicisi “Fənərbağça” ilə 6 xallıq fərqin azalmaması üçün Qalatasaray qələbə qazanmalıdır. 4 gün əvvəl Avroliqada Ayaksa məğlubiyyət (1:2) də Okan Burukun komandasını bu oyunda daha əzmlə oynamağa sövq edəcək. Qaziantepə qarşı keçirdiyi son 5 matçda olduğu kimi bu dueldə də “Cim-Bom”un qalib gələcəyini təxmin edirəm. Fikrimcə. artıq ilk hissədə qələbənin əsası qoyulacaq.

De Graafschap – Den Haaq – 2,5 ÜST

Niderland 1-ci liqasında bol qollu oyunlara tez-tez rast gəlinir. De Graafschap 23 turda 47, Den Haaq isə 38 qol vurub. Tərəflərin öz aralarındakı son 4 qarşılaşmanın hər birində qapılara azı 3 qol vurulub. Bu dəfə də məhsuldar oyun olacağını düşünürəm.

Yonq Az Alkmaar – Venlo – QOL/QOL

Bu komandaların öz aralarındakı son 8 görüşündən 7-də qarşılıqlı qollar qeydə alınıb. Bu mövsüm hər iki komandanın müdafiəsi zəif çıxışı ilə diqqət çəkir. Yonq Az Alkmaar 23 oyunda qapısından 42, Venlo 38 qol buraxıb. Belə göstəricisi olan komandaların duelində qarşılıqlı qollar daha real görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Ordu”dan çətin qələbə

Növbəti yazı

Sürpriz kupon – 03.02.2025