Günün kuponu – 03.01.2023
“Arsenal” – “Nyukasl” – ÜST 2,5
“Arsenal” son qələbələrdən sonra ən yaxın izləyicisi “Mançester Siti”ni artıq 7 xal qabaqlayır. London klubu fasilədən sonra hər iki oyununu qələbə ilə başa vurub.
“Nyukasl” “Lester” üzərində böyük hesablı qələbədən sonra “Lids”lə qolsuz bərabərə qaldı.
“Nyukas” öz aralarındakı son görüşdə – ötən ilin mayında “Arsenal”ı məğlub etmişdi – 2:0.
“İonikos” – “Olimpiakos” – ÜST 2,5
“Olimpiakos” lider “Panatinaikos”dan 10 xal geri qalır və 4-cü yeri tutur. “İonikos” isə turnir cədvəlinin son pilləsindədir. Amma komanda bir tur əvvəl çempionatın lideri “Panatinaikos”dan xal ala bilmişdi – 1:1.
Düşünmürəm ki, Miçelin komandası “Panatinaikos”un səhvini təkrarlasın.
“Levadikos” – “Panatinaikos” – 2
“Levadikos” son 2 oyunda uduzmayıb.
“Panatinaikos” isə son 2 turda qələbə qazana bilməyib. Hər iki matç heç-heçə başa çatıb. Artıq AEK “Panatinaikos”dan cəmi 4 xal geri qalır. Daha bir xal itkisi “Panatinaikos” üçün ciddi təhlükədir. Ona görə də İvan Yovanoviçin komandası bu qarşılaşmadan mütləq 3 xal almağa çalışacaq.