Günün kuponu – 02.12.2023
“Leypsiq” – “Haydenhaym” – 2,5 ÜST
“Leypsiq”in 12 turda 29 qol vuran hücum xətti ən xoş sözlərə layiqdir. “Haydenhaym”ın 12 oyuna 26 qol buraxan müdafiəsi isə bərbad oyunu ilə seçilir. Ona görə bu komandaların duelində 2,5 üst variantı daha real görünür.
“Jirona” – “Valensiya” – 1-ci hissə cüt şans 12
Ötən tur “Atletik”lə oyunda xal itirən (1:1) La Liqanın sürpriz lideri “Jirona” “Valensiya” matçında qələbə üçün var gücünü ortaya qoyacaq. Bu matçda da sürpriz nəticə ehtimalı az deyil. Məncə, tam oyuna mərc etmkdənsə, ilk hissənin nəticəsinə mərc etmək daha doğru olar.
“Lans” – “Lion”- 1-ci hissə cüt şans 12
“Lans” 3 gün əvvəl Çempionlar Liqasında “Arsenal”dan aldığı ağır məğlubiyyətin (0:6) heyfini tarixinin ən zəif mövsümlərindən birini keçirən “Lion”dan çıxmağa çalışacaq. Böyük ehtimal matçda fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq.