Günün kuponu – 02.11.2025
Mançester Siti – Bornmut – QOL/QOL
Ötən tur Aston Villaya uduzan Mançester Siti liderlərdən uzaq düşməmək üçün bu matçı qazanmalıdır. Amma hazırda 2-ci sırada olan Bornmuta qalib gəlmək asan olmayacaq. Hər iki komandanın hücum potensialını, öz aralarındakı son 6 dueldən 5-nin qarşılıqlı qollarla keçdiyini nəzərə alaraq qol-qol variantına mərc edirəm.
Barselona – Elçe – 1-ci hissənin nəticəsi – 1
El klassikoda əzəli və əbədi rəqibi Reala məğlubiyyət Barselona üçün bu oyunda qələbədən başqa yol qoymayıb. Sonuncu dəfə Elçe ilə 11 il əvvəl heç-heçə oynayan Barsa ondan sonra bütün görüşlərdə bu rəqibə qalib gəlib. Məncə, bu oyunda Barselona artıq ilk hissədə qələbənin əsasını qoyacaq.
Volfsburq – Hoffenhaym – 2,5 ÜST
Adətən bu komandaların duelləri bol qollu keçir. Tərəflərin öz aralarındakı son 8 görüşündən 7-də azı 3 qol vurulub. Bu matçda da 2,5 üst variantına güvənirəm.












