Günün kuponu – 02.11.2024
Hannover – Karlsrue Qol/Qol
Hal-hazırda hər iki komanda əla vəziyyətdədir. Ardıcıl qələbələr və stabil oyun. Yəqin ki, hədəfləri əsas Bundesliqaya vəsiqə qazanmaqdır. Bu oyunun dəqiq hesabını təyin etmək çətindir. Açıq, maraqlı və bol qollu oyun gözləmək olar.
Ayntraxt – Bohum 1
Bu qarşılaşmada aşkar favorit meydan sahibləri hesab olunur. Qonaqlar 1 xalla autsayderdir. “Ayntraxt” bu mövsüm həm də Avropa liqasında yüksək performans nümayiş etdirir. Bu oyunda da fikrimcə, azarkeşlərini sevindirməyə davam edəcək.
Zenit – Dinamo Mahaçqala 1
Meydan sahibləri bu matçın şəksiz favoriti hesab olunur və onların qələbə ehtimalı kifayət qədər yüksəkdir. Nəzərə alsaq ki, son turda “Zenit” son anda qələbəni əldən verdi, çətin ki, bu görüşdə eyni səhvi təkrarlasın. Rahat qələbə qazanıb aktivlərinə növbəti 3 xalı yazdıracaqlar.