Günün kuponu – 02.10.2025

Günün kuponu – 02.10.2025

Nottinqem Forest – Midyullend – 1

Nottinqem Forestin Premyer Liqada işləri qaydasında getmir. Psixoloji vəziyyəti düzəltmək üçün onlara qələbə çox vacibdir. Avropa Liqasının ilk matçında “Betis”lə səfərdə 2:2 oynayan ingilislərin bu dəfə doğma meydanda Danimarka klubunu məğlub edəcəyini təxmin edirəm.

Bazel – Ştutqart – QOL/QOL

Qol vurmağı sevən və bacaran iki komandanın dueli. Ştutqart mövsümün startından bu yana bütün turnirlər nəzərə alınmaqla oynadığı 8 görüşün hamısında, Bazel isə 11 oyundan biri istisna olmaqla digərlərində azı 1 qol vurub. Bu görüşdə də hər iki komandadan qol gözləyirəm.

Dinamo Kiyev – Kristal Pelas – 2

Dinamo Kiyev əvvəlki şöhrətindən artıq uzaq düşüb. Rəqibini Polşada qəbul edəcək kiyevlilər azarkeş dəstəyi baxımından da istədiyini ala bilməyəcək. Kristal Pelas isə bu mövsüm Premyer Liqada məğlubiyyət görməyən yeganə komandadır və əla formadadır.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri görüşüb

Növbəti yazı

Sürpriz kupon – 02.10.2025