Günün kuponu – 02.10.2024
Jirona – Feyenord ÜST2.5
İlk turda xalsız qalan komandalar Çempionlar Liqasının yeni formatında üz-üzə gələcək. Meydan sahibləri ardıcıl beş matçda qələbəyə həsrət qalıb. İlk turda “Bayer”ə 0-4 hesabıyla uduzan “Feyenord”un ikinci turda qələbə şansları yüksək qiymətləndirilir. Hər iki tərəf hücumu sevdiyindən ÜST2.5 seçimi daha real görünür.
Aston Villa – Bayern Münhen 2
Heyətdə çox saylı itkiləri olan Almaniya təmsilçisi İngiltərədə səfərdədir. Komandalar indiyə qədər bir dəfə – 1982-ci ildə üz-üzə gəlib. Həmin matç ingilislərin 1-0 hesablı qələbəsiylə başa çatıb. Favorit hesab edilən Münhen təmsilçisinin səfərdə qələbə qazanacağını düşünürəm.
Benfika – Atletiko Madrid QOL/QOL
Madrid təmsilçisi bütün turnirlər daxil cari mövsüm məğlubiyyət acısı yaşamayıb. Portuqaliya səfərinin çətin olacağını nəzərə alaraq hər iki tərəfin qol vurmasına mərc gəlməyi təklif edirəm. Belə mərcin risk şansı yüksək deyil.