Günün kuponu – 02.09.2025

Günün kuponu – 02.09.2025

Kindia Tırqovişte – Dumbravitsa 1

Rumıniya 2-ci liqasında iddialılardan olan Kindia autseyderlərdən sayılan Dumravitsa ilə görüşün aşkar favrotidir. Tırqovişte təmsilçisi ardıcıl iki qələbə ilə liqada iddasını göstərib. Dumravitsa isə 3 oyundur ki, uduzur. Məncə, hər iki komandanın seriyası davam edəcək. Kindianın rəqibini asanlıqla məğlub edəcəyini güman edirəm.

Breyntri Taun – Tamourt QOL/QOL

Bu komandaların görüşündə kimin qalib gələcəyini demək çox çətindir. Əmsallar da bunu deyir. Amma, bol qollu qarşılaşma ehitmalı çox yüksəkdir. Hər iki komandanın hücum potensialını nəzərə alanda qarşılaşmada qarşılıqlı qolların olacağını təxmin etmək olar.

Bolton – Roterhem 1

Məncə günün ən real oyunu məhz budur. Bolton Roterhemlə müqayisədə daha güclü komandadır. Üstəlik, onlar evdə oynayacaqlar. Düşünürəm ki, Bolton qələbə qazana biləcək.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Quba”da yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 02.09.2025