Günün kuponu – 02.09.2024
Eybar – Levante QOL/QOL
Etopaz İspaniya Sequndasında 3-cü tura mərc gəlməyi təklif edir. 2 turdan sonra hər iki komandanın nəticələri eynidi: 1 qələbə və 1 heç-heçə. İlk turlarda komandalar hücumçularla diqqəti cəlb edib. Hər biri 2 turda rəqib qapılarına 3 qol vurub. Aşkar favorit olmadığı oyunda qol/qol seçimi daha real görünür.
Elçe – Kordoba ALT2.5
Bu mövsümdən sequndaya yüksələn “Kordoba” ilk 2 turda cəmi 1 xal toplayıb. Təsadüfi deyil ki, baş məşqçi İvan Ania heyəti istədiyi kimi formalaşdırmağı bacarmadığını etiraf edib. “Kordoba”nın səfərdə qələbə qazanacağına şübhəylə yanaşıram. Fikrimcə bu matçda heç-heçə qeydə alınacaq.
Amedspor – Kocaelispor ÜST2.5
Türkiyədə birinci dəstədə 4-cü tur maraqlı oyunla diqqəti cəlb edir. Cari mövsüm 3 turda maksimum xal toplayan “Kocaelispor” səfərə yollanır. İlk üç turda qol vura bilməyən “Amedspor”un evdə liderə qarşı müqavimət göstərəcəyi sual altındadı. Kocaeli təmsilçisinin favorit olduğunu nəzərə alaraq məhsuldar nəticə gözlənilməz olmayacaq.