Günün kuponu – 02.08.2025
Krasnodar – Dinamo Moskva 1X
Murad Musayev üçün yeni mövsüm heç də yaxşı başlamayıb. Son Rusiya çempionu “Krasnodar”gözləntilərdən aşağı performans göstərir. Son kubok matçında da, doğma arenada Samaranın “Krılia Sovetov” klubuna məğlub oldu. Ümumiyyətlə, mövsümün dörd rəsmi matçında üç məğlubiyyətlə üzləşib və bu, təbii ki, azarkeşləri narahat edir. Fikrimcə, bu görüşdə ev sahibləri geri dönüş etməyi bacaracaq və məğlub olmayacaqlar.
Paderborn – Holşteyn Kiel QOL/QOL
Almaniya 2-ci bundesliqanın ilk turunda, əsas bundesliqanın bir addımlığında büdrəyən ev sahibləri, bundesliqanı tərk edən “Holşteyn”-i qonaq edəcək. Aralarındakı oyunların statistikası maraqlıdır. Son 3 ildə 5 qarşılaşma və 25 qol. Açıq oyuna üstünlük verən bu iki komanda, çətin ki, bu matçdan qolsuz ayrılsınlar.
Bazel – Qrasshoper QOL/QOL
İsveçrə super liqasının iki əzəli rəqibi qarşılaşacaq. Hər iki komanda hər zaman yaxşı heyətə malik olub və baxımlı oyun sərgiləyiblər. Amma, ilk turda bol qollu məğlubiyyətlə üzləşdilər. Bu matça , hər iki komanda qələbə əzmi ilə çıxacaq və müdafiədə də, oturmayacaqlar. Fikrimcə, qol/qol mərci ən yaxşısıdır.












